Heqiqet.Az » hadise » Sumqayıtda yaşayış binasında PARTLAYIŞ: 5 nəfər yaralandı - YENİLƏNİB


Sumqayıtda yaşayış binasında PARTLAYIŞ: 5 nəfər yaralandı - YENİLƏNİB

10-07-2015, 12:08
Çap et
Sumqayıtda yaşayış binasında PARTLAYIŞ: 5 nəfər yaralandı - YENİLƏNİB Yaralılardan 2-si uşaqdır.
Sumqayıtda yaşayış binasında baş verən partlayışda yaralanan 5 nəfərdən birinin vəziyyəti ağırdır, qalan xəstələrin vəziyyətləri orta-ağır qiymətləndirilir. Şəhər Təcili Yardım Stansiyasından Lent.az-a verilən məlumata görə, yaralananlardan 2-si uşaq, 3-ü böyükdür.
11:34
Sumqayıtda yaşayış binasında partlayış olub.
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Sülh küçəsi 34-cü məhəllədə qeydə alınıb.
Partlayış həmin ünvanda yerləşən dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib. Hadisə nəticəsində 5 nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
Reytinq: