Heqiqet.Az » hadise » Tovuzda bir ailənin məhv olduğu qəzanın TƏFƏRRÜATI


Tovuzda bir ailənin məhv olduğu qəzanın TƏFƏRRÜATI

10-07-2015, 17:12
Çap et
Tovuzda bir ailənin məhv olduğu qəzanın TƏFƏRRÜATI Bu gün səhər saatlarında Tovuzda baş verən dəhşətli yol qəzasının bəzi təfərrüatı məlumat olub.
“Mercedes” markalı avtomobilin qəzada dünyasını dəyişən sürücüsü Nadir Məmmədovun nənəsi dünən gecə dünyasını dəyişib. Ailə üzvləri yas mərasiminə getmək üçün səhər saatlarında yola çıxıblar. Tovuz rayonu ərazisində isə dəhşətli qəzaya düşüblər.
Qeyd edək ki, Nadir Məmmədov Azərbaycan Silahlı qüvvələrinin hərbçisi olub.
Xatırladaq ki, qəzada ölənlərin hamısı bir ailənin üzvü olub. Onlar “Mercedes”in sürücüsü, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Nadir Məmmədov, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Nərmin Tanrıverdiyeva, övladları, 10 yaşlı Aslan və 3 yaşlı Əsmadır.
Reytinq: