Mehriban Əliyeva: Mən Azərbaycanın əsas sərvətinə - xalqımıza inanıram28-08-2017, 10:56
Çap et "Əziz dostlar, Bu günlərdə mənim ünvanıma doğum günü münasibətilə təbriklər daxil olur. Mənə bizim həmvətənlərimiz, müxtəlif nəsillərdən və peşələrdən olan insanlar yazırlar. Mən, həmçinin xaricdən təbriklər alıram. Səmimi təbriklərə və uğurlar arzularına görə hamıya ürəkdən təşəkkür edirəm. Əziz dostlar, Belə bir gündə sizin səmimiyyətinizi bir daha hiss etmək mənə çox xoşdur. Mən sizin səmimi təbriklərinizdən çox təsirlənmişəm. Bu, həqiqətən ruhlandırır və müsbət, yaradıcı enerji verir. Mənim hər zaman hiss etdiyim rəğbətinizə, sevgi və dəstəyinizə görə çox sağ olun. Mən sizinlə bizim ümumi potensialımıza, insan kapitalımıza inanıram, mən Azərbaycanın əsas sərvətinə - xalqımıza inanıram. Göstərdiyiniz diqqətə görə hər birinizə təşəkkür edirəm. Sizin hamınıza, yaxınlarınıza və sizə əziz olan insanlara cansağlığı, uğurlar, səadət və rifah, Vətənimizə isə sülh və tərəqqi arzu edirəm. Səmimiyyətlə, Mehriban Əliyeva" Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
