UEFA Millətlər Liqasının ilkin tərkibi açıqlanıb6-09-2017, 11:16
Çap et DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının VIII oyunlarından sonra UEFA Millətlər Liqasının divizionları və səbətlərinin ilkin tərkibi açıqlanıb. Apasport.az saytı xəbər verir ki, 2019-cu ildə keçiriləcək yarışda komandaların alacağı yerlər son üç turnirin nəticələrinə əsasən müəyyənləşəcək.DÇ-2014 və AÇ-2016 həm seçmə, həm final, DÇ-2018-in seçmə mərhələsinin nəticələrinə əsasən hesablanan cədvələ görə 55 milli 4 liqaya bölünəcək. Hazırkı vəziyyətə əsasən Azərbaycan millisi C liqasında oynamalıdı. Robert Prosineçkinin yetirmələri burada sonuncu – 3 komandalı səbətin axırıncısıdı. Yığmamız Kipr və Estoniya ilə birlikdə bu liqanın ən zəiflərinin səbətindədi. Millimizin bu mövqeyi UEFA-nın son üç turnirə əsasən hesabladığı reytinqdə 39-cu pillədə olmasından irəli gəlir. Hesabında 17,061 xal olan yığmamız 55 ölkədən 16-nı arxada qoyur. Həmin 16 komanda isə ən zəif liqanın iştirakçılarıdı. Reytinqin ən yaxşısı Almaniya və ən yaxın izləyiciləri Portuqaliya, Belçika və İspaniya isə A liqasının səpələnmiş komandalarıdı. Qonşu Türkiyə B liqasının sonuncu səbətində qərarlaşıb. Qaydalara əsasən, A liqasında 12, B liqasında 12, C liqasında 15, D liqasında 16 komanda mübarizə aparmalıdı. Qeyd edək ki, liqalar və səbətlərin yekun tərkibi DÇ-2018-in seçmə mərhələsindən sonra dəqiqləşəcək. Qrup mərhələsinin oyunları 2018-ci il sentyabr-noyabr aylarında keçiriləcək. 2019-cu ilin iyununda liqalarda “Dördlər finalı” baş tutacaq. A liqası 1-ci səbət Almaniya, Portuqaliya, Belçika, İspaniya 2-ci səbət İngiltərə, İsveçrə, İtaliya, Fransa 3-cü səbət Polşa, Rusiya, Xorvatiya, İslandiya B liqası 1-ci səbət Uels, Hollandiya, Slovakiya, Şimali İrlandiya 2-ci səbət İsveç, Ukrayna, Bosniya və Herseqovina, Avstriya 3-cü səbət Türkiyə, İrlandiya, Danimarka, Macarıstan C liqası 1-ci səbət Sloveniya, Albaniya, Çexiya, Rumıniya 2-ci səbət Şotlandiya, Monteneqro, Serbiya, Yunanıstan 3-cü səbət Bolqarıstan, Norveç, İsrail, Finlandiya 4-cü səbət Kipr, Estoniya, AZƏRBAYCAN D liqası 1-ci səbət Litva, Belarus, Gürcüstan, Ermənistan 2-ci səbət Makedoniya, Farer adaları, Latviya, Lüksemburq 3-cü səbət Moldova, Qazaxıstan, Lixtenşteyn, Malta 4-cü səbət Andorra, Kosovo, San-Marino, Cəbəllütariq Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının VIII oyunlarından sonra UEFA Millətlər Liqasının divizionları və səbətlərinin ilkin tərkibi açıqlanıb. Apasport.az saytı xəbər verir ki, 2019-cu ildə keçiriləcək yarışda komandaların alacağı yerlər son üç turnirin nəticələrinə əsasən müəyyənləşəcək.