Heqiqet.Az » dunya » Türkiyəli qida məhsulları istehsalçıları Moskvaya səfər edəcəklər


Türkiyəli qida məhsulları istehsalçıları Moskvaya səfər edəcəklər

8-09-2017, 11:30
Çap et
Türkiyəli qida məhsulları istehsalçıları Moskvaya səfər edəcəklər Türkiyəli qida məhsulları istehsalçıları və tədarükçülərindən ibarət nümayəndə heyəti 12-14 sentyabr tarixlərində Moskvaya səfər edəcəklər. Bu barədə Türkiyə İqtisadiyyat Nazirliyinin saytında dərc edilib.
Nümayəndə heyətinin tərkibində Türkiyənin 10 şirkətinin nümayəndələri təmsil olunacaqlar. Bu şirkətlər qida məhsullarının (meyvə-tərəvəz, süd, bal, pendir, balıq unu, yağlar və dondurulmuş məhsullar) istehsalı və ixracı ilə məşğul olur, - məlumatda bildirilir.
Nümayəndə heyəti Moskvada keçiriləcək “Worldfood-2017” beynəlxalq qida məhsulları sərgisində iştirak edəcək, rusiyalı tərəfdaşlarla bir sıra görüşlər və danışıqlar keçirəcəklər.
Reytinq: