Sankt-Peterburqda Azərbaycan vətəndaşı güllələnib13-09-2017, 12:08
Çap et "Konkretno.ru" saytının verdiyi xəbərə görə, sentyabrın 12-si yerli vaxtla saat 23.05 radələrində Novoe Devyatkino qəsəbəsi Məktəb küçəsi 94 ünvanında atışma olduğu barədə polisə məlumat daxil olub. Polisə məlumat verən şahid beş atəş səsi eşitdiyini bildirib. Hadisə yerindən Azərbaycan vətəndaşı yaralı vəziyyətdə xəstəxanaya aparılıb. Lakin onu xilas etmək mümkün olmayıb. Polis əməkdaşları "isti izlər"lə qətli törətməkdə şübhəli bilinin 47 yaşlı işsiz kişini saxlayıblar. Ondan "Sayqa" karabin tüfəngi götürülüb. Silah polisdə qeydiyyatda olub. Qətlin motivi müəyyənləşdirilir. Öldürülən şəxsin hadisənin baş verdiyi ünvana qonaq gəldiyi məlum olub. O, siqaret çəkmək üçün həyətə çıxanda güllələnib. Qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
