Demo Sayt » idman » Rusiyanın futbol millisinin yeni rəsmi sponsoru özbək oldu


Rusiyanın futbol millisinin yeni rəsmi sponsoru özbək oldu

4-10-2017, 15:12
Çap et
Rusiyanın futbol millisinin yeni rəsmi sponsoru özbək oldu Özbəkistanın “Ravon Motors” avtomobil şirkəti futbol üzrə Rusiya milli komandasının rəsmi sponsoru olub.
“Ravon” brendi altında Rusiya bazarında avtomobil satışı ilə məşğul olan şirkətin Rusiya millisi ilə tərəfdaşlığı yaxın günlərdə keçiriləcək yoldaşlıq görüşləri ilə başlayacaq.
Rusiya komandası oktyabrın 7-i və 10-da müvafiq olaraq Cənubi Koreya və İranla qarşılaşacaq.
Qeyd edək ki, “Ravon” 2015-ci ildən fəaliyyət göstərir və “General Motors Uzbekistan” zavodunun məhsullarının satışını həyata keçirir. Şirkətin rəhbəri Şərəf Aşurovdur.
Reytinq: