Heqiqet.Az » hadise » Ağsuda ağır yol qəzası baş verib


Ağsuda ağır yol qəzası baş verib

16-07-2015, 19:14
Çap et
Ağsuda ağır yol qəzası baş verib Ağsu rayonunda ağır yol qəzası baş verib, bir nəfər ölüb.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağsu rayonu ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində “VAZ” markalı avtomobilinin sürücüsü 1962-ci il təvəllüdlü Salmanov Mirsəlim Mirzəağa oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Avtomobildə sıxılmış vəziyyətdə qalmış meyid yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Əməliyyat saat 23:40-da başa çatıb.
Reytinq: