Heqiqet.Az » sou » "Səsi muğama uyğun deyil" - Xalq artisti


"Səsi muğama uyğun deyil" - Xalq artisti

21-07-2015, 11:51
Çap et
"Səsi muğama uyğun deyil" - Xalq artisti Xalq artistləri Gülyaz və Gülyanaq bacıları övladlarının musiqi sevgisindən bəhs edib.
"Onlar"a açıqlama verən Gülyaz Məmmədova oğlu Ramazanın estrada ifaçısı olmasına münasibət bildirib:
"Oğlumun düzgün seçim etdiyini düşünürəm. İncəsənət Universitetində təhsil alır. Müəllimləri savadını bəyənir. Əvvəl tar ifa edirdi. Sonra dəyişib, gitaraya meyl göstərdi. Bir gün gördüm mahnı yazır, başqa sahəyə yönəlir. Onun səsi muğama uyğun deyil. Estrada sahəsində daha uğurludur".
Gülyanaq Məmmədova övladlarının musiqiyə həvəs göstərmədiyini bildirib:
"İncəsənət Universitetində işləyirəm. Müəllim yoldaşlarım Ramazanın səsini bəyənir. İndi görüm mənim sənətdə davamçım kim olacaq (gülür). Qızımın səsi var, amma müğənni olmaq istəmir. Deyir, həkim olacam. İki oğlumda isə səs hiss etmirəm. Əgər gələcəkdə görsəm ki, istedadları, səsi var, onda müğənni olmaqlarına icazə verərəm. Elə-belə niyə oxumalıdırlar ki? Hər işdə yaxşı olmaq lazımdır".
Reytinq: