Heqiqet.Az » dunya » Tbilisidə antiterror əməliyyatı başa çatıb: 3 terrorçu öldürülüb


Tbilisidə antiterror əməliyyatı başa çatıb: 3 terrorçu öldürülüb

23-11-2017, 09:46
Çap et
Tbilisidə antiterror əməliyyatı başa çatıb: 3 terrorçu öldürülüb Tbilisi şəhərinin İsani-Samqori rayonu ərazisindəki Qabriel Salou prospektindəki yaşayış binalarının birində həyata keçirilən antiterror əməliyyatı zamanı bir terrorçu sağ ələ keçirilib, 3 terrorçu öldürülüb.
Bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Nino Qiorqobiani keçirdiyi brifinqdə məlumat verib.
Əməliyyat zamanı xüsusi təyinatlı dəstənin iki üzvü və Daxili İşlər Nazirliyinin əməkdaşları yaralanıb. Xüsusi təyinatlı dəstənin səhər saatlarında yaralanmış üzvü xəstəxanada ölüb.
Reytinq: