Məscidlərdə çalışan din xadimləri fevraldan maaş alacaq18-12-2017, 11:29
Çap et Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O qeyd edib ki, gələn ildən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə məscidlərdə çalışan din xadimləri rəsmi şəkildə əməkhaqqı alacaqlar: "Əməkhaqqının məbləği və kimlərə verilməsi məsələsi müzakirə olunur. Əsas odur ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, imam naiblər və bu kimi vəzifə daşıyan digər şəxslər həmin idarənin təqdimatı ilə əməkhaqqı alacaqlar. Əməkhaqqının verilməsinin çox böyük ictimai-siyasi əhəmiyyəti var". M.Qurbanlı bildirib ki, bu günlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının direktor və heyəti açıqlanacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
