Əli Əhmədov: Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə öhdəliklərin icrası üçün ciddi addımlar atır25-12-2017, 12:22
Çap et Bunu Baş nazirin müavini Əli Əhmədov Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfransda çıxışı zaman deyib. Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan bu Məqsədlərin həyata keçirilməsi ilə əlaqədar xüsusi milli şura yaradıb. Şuraya kifayət qədər yüksək statuslu dövlət rəsmiləri cəlb edilib: “Bir çox dövlətlərdə Azərbaycanın bu təcrübəsi diqqətlə qarşılanır. Azərbaycan hökuməti layihənin həyata keçirilməsinə kifayət qədər həssaslıqla yanaşır”. Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanın bu Məqsədlərin həyata keçirilməsi ilə bağlı könüllü milli hesabatı bu il iyulun 19-da BMT-yə təqdim edilib: “Hesab edirəm ki, bu hesabat xüsusi diqqətlə qarşılanıb”. O qeyd edib ki, Azərbaycan Milli İnkişaf Strategiyasını qlobal layihələrə uyğunlaşdırmaq üçün ciddi iş aparır: "Bütün dövlət strukturlarına Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələr göstərilib". Ə.Əhmədov əlavə edib ki, parlament Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçriilməsində də xüsusi rol oynayır: “Qanunlar parlamentdə qəbul olunur, ona görə də parlament bu layihənin həyata keçirilməsində mühüm rol oynayır”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
