Demo Sayt » sosial » Korrupsiyaya görə ziyanın ödənilməsi üçün 15 milyon manatlıq əmlaka həbs qoyulub


Korrupsiyaya görə ziyanın ödənilməsi üçün 15 milyon manatlıq əmlaka həbs qoyulub

17-01-2018, 11:07
Çap et
Korrupsiyaya görə ziyanın ödənilməsi üçün 15 milyon manatlıq əmlaka həbs qoyulub Ötən il korrupsiya cinayətləri ilə bağlı ziyanın ödənilməsi üçün 15 milyon manatlıq əmlaka həbs qoyulub.
Bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.
K.Əliyev bildirib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83 milyon 486 min manat ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manat və ya 33.03% ödənilməsi təmin edilib:
"Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb".
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 141 məsələ istintaq olunur.
K.Əliyev bildirib ki, həmin işlərin 12 faizi bank və bank olmayan kredit təşkilatları ilə bağlıdır.
Baş İdarə rəisi qeyd edib ki, şikayətlərin sayına görə ikinci sırada tikinti sektoru dayanır: "Tikinti şirkətləri tərəfindən vətəndaşların aldadılması halları azalsa da, təəssüf ki, bu cür hallar yenə də var".
O əlavə edib ki, əvvəldən qalan işlər üzrə ziyanın ödənilməsi ilə bağlı tədbirlər davam etdirilir.
Reytinq: