ABŞ konqresmeni “”Kreml hesabatı”nı əhəmiyyətsiz adlandırıb1-02-2018, 10:28
Çap et B. Şerman bildirib ki, hesabat gələcəkdə ola biləcək sanksiyalara işarədir: "Nə vaxtsa siyahıda adı olan şəxslərə qarşı sanksiyalar tətbiq edilə bilər. Siyahı bunu ifadə edir. Sanksiya məsələsində çox ciddi olsaydıq, o halda bizə lazım olanda bu siyahını hazırlaya bilərdik”. O)un sözlərinə görə, siyahını hazırlamaq çətin deyil. Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin hazırladığı "Kreml hesabatı" adlı sənədə 210 nəfərin adı daxil edilib. Siyahıya Rusiyanın baş naziri Dmitri Medvedev başda olmaqla, Nazirlər Kabinetinin bütün üzlərinin, o cümlədən xarici işlər naziri Sergey Lavrov, Prezident Administrasiyasından bu orqanın rəhbəri Anton Vayno, onun birinci müavini Aleksey Qromov, prezident Putinin köməkçisi Vladislav Surkov və prezidentin mətbuat katibi Dmitri Peskovun da adı daxil edilib. Bu siyahı avtomatik olaraq həmin şəxslərə qarşı sanksiyaların tətbiqi demək deyil. Konqres siyahı və xüsusən də onun məxfi hissəsindəki məlumatlar əsasında bu şəxslərə qarşı ABŞ-a səyahət qadağası, ABŞ-dakı aktivlərinin, mal varlıqlarının dondurulması da daxil olmaqla, müxtəlif sanksiyalar tətbiq edə bilər. Eyni zamanda, "qara siyahı"ya düşmək bu şəxslərin öz bizneslərini genişləndirmək imkanlarının məhdudlaşması mənasına gəlir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
