Demo Sayt » maraqli » Toyda tort əvəzinə çiy ət yeyirlər – Maraqlı dünya


Toyda tort əvəzinə çiy ət yeyirlər – Maraqlı dünya

8-02-2018, 10:16
Çap et
Toyda tort əvəzinə çiy ət yeyirlər – Maraqlı dünya Bu gün yenə sizə dünyanın müxtəlif ölkələridə mövcud olan bizə qeyri adi gələn adət və ənənələr barəsində məlumat verəcəyik.
Afrikada yerləşən Tanzaniyada ən sevimli yemək çiy ətdir. Burda qonağa təqdim edilən ən təntənəli yemək çiy ətdir.
Yaşayış tərzi yaxşı olan hər tanzaniyalı bir oturuşa 2 kiloya qədər çiy dana əti yeyə bilər. Üstəlik bu ölkədə toy mərasimlərində bəylə gəlin tort deyil dana ətindən bir tikə kəsərək bir birlərinə yedirirlər. Bu adətin köhnə kannibalizm adətlərindən qalıb qalmadığnı deyə bilmərik, amma burda qan şoirbası da ən dadlı yemək hesab olunur. Kəsilmiş heyvanın qanını toplayırlar. Kənarda ayrıca bir qazanda kəsilən heyvanın içalatı qaynadılır və çiy qanın içərisinə qatılır. Bu yeməyə çoxlu istiot əlavə edərək yeyirlər.
Tanzaniyalıların daha bir qəribə adəti əsla tələsməmələridir. Bu ölkədə mövcud olan "asta- asta” ifadəsi tanzaniyalıların həyat şüarıdır. Bu ölkədə görüşə ən az 2 saat gecikirlərsə adi hal hesab olunur. Kişilər adətən tənbəldirlər və ümumi toplantı yerlərində (küçədə, kafelərdə) oturub bütün gün söhbətlə keçirə bilərlər. Bütün məişət işləri qadınlara aid edilir.
Tanzaniyalılar köhnə avtomoibil şinlərindən ekoloi təmiz istifadə yöntəmi tapıblar. Avtomobil şinləri daima quraqlıq olan bu ölkədə rahat yay ayaqqabılarına çevrilir. Şini kəsirlər və ondan bizim bildiyimiz müxtəlif yay ayaqqabıları, sandallar hazırlayırlar. maraqlı faktdır ki, tanzaniyalı tələbə qız avtomobil şinlərindən hazırlanmış bu sadə ayaqqabıların üzərinə milli naxışlarla bəzədilmiş kətan parçalar hörməklə yeni trendin əsasını qoyub və Avropada böyük satışlara nail olub.
Bu ölkədə timsahlar yalnız dərisinə görə ovlanmır. Kabab bişirmək üçün xüsusi fermalarda timsah bəslənilir.Timsahların quyruq hissəsinin ətindən kabab bişirilər və bir kiloqram ətin qiyməti 100 dollar təşkil edir. Timsahın yalnız qarın hissəsindəki dərisindən qyaqqabı və ya digər aksessuarların hazırlnaması üçün istifadə olunur. Bel dərisi istehsalata yaramır. Buna görə quyruğu kəsilib kabab edildikdən və dərisi soyulduqdan sonra timsah cəmdəyinin qalıqlarını yem olaraq digər timsahlara atırlar.
İndoneziyada başqa heç bir ölkədə mövcud olmayan rels terapiyasından istifadə olunur. Qatar keçib getdikdən sonra insanlar dərhal relslərin üzərinə uzanırlar. Başlarını relsin bir tərəfinə ayaqlarını isə digər tərəfinə söykəməklə elektriklənmə effekti ilə özlərini yaxşı hiss edəcəklərinə inanırlar. Həm havayıdır, həm də effektiv.
Avstiyada ictimai nəqliyyatda gediş -gəliş qaydaları bizim ölkəmizdən fərqlidir. Burda ictimai nəqliyyata, avtobuslara, metro qatarlarına, trollebuslara biletsiz girib çıxa bilersiniz. Bizim adət etdiyimiz nəzarət aparatları heç yerdə quraşdırılmayıb. Sadcə anidən mülki geyimli şəxslər daxil olub bilet tələb etsələr və bilet olmasa 300 avro cərimə oluna bilərsiniz. Onu da deyək ki, bizdən fərqli olaraq orda gediş haqqı çox bahadır -2 avro.
Fransada mənzil böyük problemdir. Bu ölkədə nəinki əcnəbilər, yerlilər belə mənzil tapmaqda çətinlik çəkirlər. Elan verildikdən yarım saat sonra mənzil demək olar ki, tutulmuş olur. Mənzil dediksə bizim alışdığımız 3-4 otaqlı rahat evlərdən söhbət getmir. 9 kvadratmetrlik ümumi tualeti olan mənzillər burda norma hesab olunur. 25-30 kvadratmetrlik mənzillərə isə bu ölkədə böyük sahəsi olan mənzil kimi baxılır. Mənzildə paltaryuyan maşının olması isə kirayəçi üçün əla hesab olunur.Fransada mənzillərin qızdırılmasına o qədər də çox pul xərcləmirlər. Onlar ya mənzili ümumiyyətlə qızdırmır, ya da 14-15 dərəcədən çox qızdırmağı sevmirlər.
Yaponiya da hər zaman bir başqa dünya kimi görünür gözümüzə Saatda 300-lə gedən sərnişin qatarları bu ölkədə 1964-cü ildən fəaliyyət göstərir, bizlər üçünsə hələ də xülyadır. Düzdür o zaman bu qatarlar saatda 200-lə gedirdi. Yaponiyada iş saatları həddən artıq uzundur və bu ölkə əhalisinin demək olar ki, hamısı işqolikdir. Yaponiyada intihar hallarının 90 faizi işini itirən yaponlar tərəfindən həyata keçirilir. İşini itirdin xarakiri elə. Bu yaponların şərəfli ömür yolunun şərəfli bitiş tərzidir. Yaponiyada iş saatları o qədər uzun çəkir ki, işçilərin bir çoxu işə dalıb evə getməyi unudur. Buna görə də, bu ölkədə hər ofisdə gecə saat 11-də işçiləri evə qovalayan xüsusi işçilər fəaliyyət göstərirlər. İnandırıcı gəlmir?Bu həqiqətdir. Necə ki, qatar stansiyalarında pik saatlarında sərnişinləri qatarlara itələyən stansiya işçiləri var, işçiləri də yuxudan oyadıb evə göndərən ofis işçilər mövcudur.
Yaponiyada içdən yorğunluq səbəbi ilə ölüm faktları da çox qeydə alınır. Hətta bu ölkənin baş nazirlərindən biri də bu səbəblə dünyasını dəyişib. İstənilən yapon işdən çıxıb evinə yox, içki içib rahatlamaq üçün barlara üz tutur.Evdən yeddidə çıxıb evə gecə 3 də dönmək həyat ritmidir. Buna görə də gün ərzində iş saatlarında mürgüləmək – yəni inamuri mütləq şərtdir. İşçinin müdürünün gözü önündə yatması o deməkdir ki, o yaxşı işçidir, çox işləyib, çox yorulub.
Yaponların intim dünyaya baxışları da fərqlidir. Qısa bir informasiya verək ki, Yaponiyada kirli qadın alt paltarları satan xüsusi mağaza və elektron satış nöqtələri var. Paltar nə qədər çox geyinilibsə, nə qədər çox kirlidirsə bir o qədər də baha satılır. Bax belə -belə işlər.
Reytinq: