Heqiqet.Az » sehiyye » 2 saylı Doğum Evinin Qadın Məsləhətxanasında biyabırçılıq


2 saylı Doğum Evinin Qadın Məsləhətxanasında biyabırçılıq

9-03-2018, 17:55
Çap et
2 saylı Doğum Evinin Qadın Məsləhətxanasında biyabırçılıq Həkim uşağın cinsiyyətini bildirmək üçün rüşvət tələb edir

Son illər ölkə səhiyyəsində diqqət çəkən müasir ab-hava ara-sıra neqativ hallarla da özünü əks etdirir. Məsələn, 2 saylı Doğum Evinin Qadın Məsləhətxanasında son aylar yaşananlar geniş kütlənin narazılığına səbəb yaradıb. Bu cür xoşagəlməzliyin hansı məqsəddən qaynaqlandığı hələlik bizə qaranlıqdır, lakin adıçəkilən məsləhətxanada meydan sulayan biyabırçılıq səhiyyədəki hazırkı inkişafa zərbə vurur. Xatırladaq ki, 2 saylı Doğum Evinin Qadın Məsləhətxanasındakı rüşvət oyunu mətbuatda böyük əks-səda doğurub.
Saytlarda yerləşdirilmiş videolardan da aşkar görünür ki, orada açıq bazar var; Azerinfo.az saytında yayımlanan videolarda da bu rüşvət oyunu narazılıqla qarşılanır, hamilə qadın uşağının cinsiyyətini müəyyənləşdirmək məqsədilə müraciət etməyinə peşiman olur, dərhal ondan pul istənilir. Belə deyək, abortun, digər ginekoloji müdaxilələrin aşkar qiymətləri sadalanır, hətta beş aşagı, beş yuxarı söhbətləri də gedir. Hansı ki, dövlət səhiyyə müəssisələrində digər tibbi xidmətlərlə yanaşı, qadınların hamiləlik dövründə və ondan sonrakı müddətdə müayinəsi, uşağın dünyaya gətirilməsi qanunla pulsuzdur, lakin adıçəkilən məsləhətxanada bu prosedurları keçmək üçün rüşvət tələb olunur. Ayrıca, abort məsələsində qanun pozuntularına yol vermək videolarda görüntülənən həkimlər üçün rüşvət mənbəyindən başqa bir şey deyil. Bu da Azərbaycan ailələrində uşaqların xəstə və fiziki qüsurlarla doğulmasına, qanunun aşağılanmasına zəmin verir.
Hətta pasientlər bildirirlər ki, "artıq qiymətləri əzbərləmişik. Pul verməsən, olmur, analizə mütləq pul verməlisən, yoxsa deyirlər ki, cavabı səhv çıxaracağıq. "UZİ" həkiminə hörmət etməsən, uşağın başının, çəkisinin ölçüsünü demir. Naəlac qalıb istəyənə "hörmət" edirik ki, əziyyətimiz heçə çıxmasın. 2 saylı Doğum Evinin Qadın Məsləhətxanasında biyabırçılıq
Yayımlanan vdieoa əsasən üzümüzü Sabunçu rayonu Razin qəsəbəsində yerləşən 2 saylı Doğum Evinin baş həkimi Mehriban xanım Abasquliyevaya tutur, Qadın Məsləhətxanasında baş vermiş belə bir halın ölkə səhiyyəsinə ləkə olduğunu ərz edir və soruşmaq istəyirik ki, mövcud vəziyyətlə əlaqədar hansı addımlar atılıb? Atılmayıbsa, o zaman nə üçün? Hansı maraq baxımından bu biyabırçı olaya münasibət bildirilməyib?
Açığı, bu çirkin halı həm də dövlət başçımızın səhiyyəyə göstərdiyi diqqət və qayğıya, səhiyyə naziri cənab Oqtay Şirəliyevin səhiyyə islahatlarına qarşı yönəlmiş çirkin kampaniya kimi də xarakterizə etmək olar. Seçkiqabağı belə halların baş verməsi dövlət amilinə zidd addım deyil? Ümid edirik ki, aidiyyatı məsləhətxanadakı biyabırçılığın dolğun bir cavabı olacaq.
İnanmırıq ki, Səhiyyə naziri cənab Oqtay Şirəliyevin bu çirkin olaydan, yayımlanmış videolardan xəbəri var. Əks təqdirdə, aidiyyatı üzrə baş həkimi ya cəzalandırar, ya da müsbət bir nəticə əldə olunardı...
Yazıya yenidən qayıdacağıq.



Reytinq: