Heqiqet.Az » maraqli » Bu ölkədə qara avtomobillər qadağan edildi


Bu ölkədə qara avtomobillər qadağan edildi

9-04-2018, 13:28
Çap et
Bu ölkədə qara avtomobillər qadağan edildi Gürcüstanda dövlət qulluqçularına qara rəngli avtomobillərdən istifadə qadağan olunub. Bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.
Məlumata görə, dövlət qulluqçuları üçün nəzərdə tutulmuş bütün sinif avtomobillər qaradan başqa istənilən rəngdə ola bilər. Mövcud qərar insanlarda qara rəngli avtomobillərlə bağlı yaranan qıcığı aradan qaldırmaq xarakteri daşıyır.
Gürcüstan hökumətinin 2014-ci ilin fevralında qəbul etdiyi qərarda əvvəllər avtomobillərin rəngi barədə heç bir qeyd olmasa da, sənədə edilən dəyişiklikdən sonra mövcud qadağa qüvvəyə minib.
Dəyişikliklərə əsasən, cari il aprelin 25-dək Gürcüstanda nazirlik və onların tabeliyində olan müəssisələr avtoparkın optimallaşdırılması üzrə plan təqdim etməlidir.
Xatırladaq ki, Türkmənistanda qara rəngli avtomobillərin ölkəyə gətirilməsinə qadağa 2015-ci ildən qoyulub. Hazırda yol polisləri küçələrdə qara maşınları gördüyü an onu cərimə meydançasına aparır.
Reytinq: