Heqiqet.Az » dunya » Təyyarədə partlayış, ölən və yaralananlar var


Təyyarədə partlayış, ölən və yaralananlar var

18-04-2018, 10:46
Çap et
Təyyarədə partlayış, ölən və yaralananlar var Aprelin 17-də "Southwest” hava yollarının "Boeing 737-700” tipli təyyarəsi qəza şəraitində enməyə məcbur olub. Uçuş zamanı mühərriki partlayan sərnişin təyyarəsi Filadelfiya Beynəlxalq Aeroportuna üz tutub.
Təyyarədə bir sərnişin həlak olub, 7-si xəsarət alıb.
Nyu-Yorkun "La Guardia” Beynəlxalq Aeroportundan Dallas şəhərinə uçan 1380 nömrəli reys təxminən saat 11:27-də, yəni fövqəladə vəziyyət elan olunduqdan 12 dəqiqə sonra Filadelfiyada eniş edib. Yüngül xəsarət alan 7 nəfər dərhal xəstəxanaya çatdırılıb.
"Southwest”in verdiyi məlumata görə, təyyarədə 143 sərnişin və beş nəfər heyət üzvü olub.
Reytinq: