» » Azərbaycan xalqı İlham Əliyevə səs verdi


Azərbaycan xalqı İlham Əliyevə səs verdi

19-04-2018, 14:47
Çap et
Azərbaycan xalqı İlham Əliyevə səs verdi Azərbaycan xalqı yenidən öz seçimində cənab İlham Əliyevə üstünlük verdi. Bu, bir daha xalq-iqtidar birliyinin vəhdətini göstərdi. Ümumiyyətlə, ölkədə keçirilən hər bir seçki prosesi, bayram tədbirləri, Nazirlər Kabinetinin iclasları əldə olunan uğurların və onların fonunda müəyyənləşdirilən hədəflərin təqdimatı kimi dəyərləndirilir.
Dövlətimizin başçısı İlham Əliyevin statistik rəqəmlərə əsaslanaraq söylədiyi fikirlər bir daha bu reallığın təsdiqidir ki, verilən proqnozlar özünü doğruldur, müəyyən dövr üçün nəzərdə tutulan hədəflər gerçəkliyə çevrilir.
“Ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Daxili vəziyyət sabitdir. Bu sabitliyin əsas təminatçısı Azərbaycan xalqıdır. Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır. Daxili siyasətlə bağlı görülən işlər, aparılan islahatlar öz gözəl nəticələrini verməkdədir. Dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar.
Bu gün dünya gündəliyinin əsas məsələsi məhz təhlükəsizlik məsələləridir. Azərbaycan bu istiqamətdə apardığı siyasətlə dünyada böyük rəğbət qazanmış ölkələrdən biridir. Ölkəmizdə daxili risklər üçün heç bir mənbə yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq və bundan sonra da qoruyacağıq, Azərbaycan xalqının rahat yaşamasını təmin edəcəyik”. Təbii ki, Prezident İlham Əliyev bu fikirləri ilə ölkəmizin qarşısında yeni üfüqlər açan siyasətin möhkəm təmələ əsaslandığını təsdiqləyir.
1993-cü ildə ulu öndər Heydər Əliyevi xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə yaradılan sabitlik hərtərfli inkişafı şərtləndirdi. Müstəqilliyin ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi böhranından xilas olan Azərbaycan son 15 ildə ümummilli lider Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində davamlı inkişafı, təkmil islahatları, tərəqqiyə yol açan şəffaflığın yüksək səviyyədə təmin olunması yönümündə atdığı addımları ilə dünyanın diqqətindədir.
Azərbaycan xalqı İlham Əliyevə səs verdi
Bunlar bir daha Yeni Azərbaycan Partiyasının, onun lideri cənab İlham Əliyevin müəyyənləşdirdiyi, uzun illər ərzində apardığı çevik, uzaqgörən siyasətinin məhsuludur. Məhz bu amilləri əldə rəhbər tutan Azərbaycan xalqı İlham Əliyevə səs verdi. Dünyanın diqqəti yenə paytaxtımıza dikiləcək. Artıq biz bunlara öyrəncəliyik. Təkcə son illər ölkəmizdə keçirilən iri beynəlxalq tədbirlərin, o cümlədən nəhəng idman yarışlarının adlarını xatırlatsaq, çox uzun bir siyahı alınar.
11 aprel seçkiləri xalqımızın daha yeddi il firavan yaşamasının qarantıdır. Bu qələbə bütün xalqımızın qələbəsidir!

Samirə Musayeva,
Bakı şəhər 233 nömrəli tam orta məktəbin biologiya müəllimi,
İlin təhsil işçısı, Məktəbin Həmkarlar Təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru, “Azərbaycan bayrağı” mükafatı laureatı



P.S.: Samirə xanımı “Bizim Lider” mükafatı alması münasibətilə təbrik edir və müvəffəqiyyətlər arzulayırıq!
Nahidə Aslanqızı
Reytinq: