Azərbaycanla Gürcüstan arasında teatr sahəsində qarşılıqlı yaradıcılıq mübadiləsi müzakirə edilib24-04-2018, 10:12
Çap et Teatrdan verilən məlumata görə, aktyor silsilə yubiley tədbirləri ilə yanaşı teatra həsr edilmiş bir sıra dəyirmi masa və görüşlərdə də iştirak edib. İlham Əsədov Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze, Tiflisdə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dram Teatrının Direktoru Varlam Nikoladze ilə görüşləri zamanı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Əməkdar incəsənət xadimi Mübariz Həmidovun xarici ölkə teatr rəhbərləri ilə qarşılıqlı yaradıcılıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi məqsədilə apardığı geniş miqyaslı layihələr, 145 yaşlı Azərbaycan teatrı haqqında geniş məlumatı diqqətə çatdırıb. Tiflis Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycan dostları” otağının rəhbəri Leyla Əmrahova, “Aktiv qadınlar” assosiasiyasının rəhbəri Gültəkin Mustafayeva ilə baş tutan görüşdə Azərbaycan teatrının perspektivləri haqqında fikirlərini bölüşüb. Yubiley çərçivəsində təşkil edilən dəyirmi masada çıxış edən aktyor, Almaniya, Hindistan, Polşa, Belarus, Ukrayna, Estoniya, Kalmıkıya, Macarıstan, İsrail, Özbəkistan, Latviya, Litvadan olan həmkarlarına ADGTT –nın beynəlxalq əlaqələri barədə geniş məlumat verərək bildirib ki, teatr dünya teatrları ilə yanaşı qonşu dövlətlərin teatrları ilə də sıx yaradıcılıq əlaqəsindədir və əlaqələr uğurla davam etdirilməkdədir. Görüşlər zamanı qarşılıqlı yaradıcılıq mübadiləsi ilə bağlı məsələlər müzakirə edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
