Heqiqet.Az » siyaset » Millət vəkili: Azərbaycan inkişafa, Ermənistan isə məhvə gedir


Millət vəkili: Azərbaycan inkişafa, Ermənistan isə məhvə gedir

26-04-2018, 11:28
Çap et
Millət vəkili: Azərbaycan inkişafa, Ermənistan isə məhvə gedir Bu gün Azərbaycanla Ermənistan arasında müqayisə edilməyəcək qədər fərq var. Azərbaycan inkişafa, Ermənistan isə məhvə gedir. Bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Onun sözlərinə görə, bunun nəticəsidir ki, hər iki ölkədə keçirilən seçkilər fərqli nəticələr verdi: “Azərbaycanda inkşafa doğru islahatlar aparılır, yeni hökumət formalaşdırıldı, sabitlik daha da möhkəmləndi. Ermənistanda isə seçkilərdən sonra siyasi xaos başladı, insanlar küçələrə axışdı”.
T.Rzayev qeyd edib ki, xalqa zülm edən hökmdar uzun müddət vəzifədə qala bilməz: “Serj Sarkisyanın hakimiyyətdən getməsi lap əvvəllər olmalı idi. Sarkisyan hakimiyyəti silah gücünə qoruyub saxlayırdı. Ermənistan xalqı onu istəmirdi, o, təkcə Azərbaycan xalqının deyil, öz xalqının da düşmənidir. O, uzun müddət işğalçılıq siyasəti yeridərək xalqı məhvə məhkum edib. Ermənistan çökmüş və başqa ölkələrdən asılı, ianələrlə dolanan bir respublikadır, özünün heç bir siyasəti yoxdur, ölkədə demokratiya, söz azadlığı yoxdur. Azərbaycan isə müstəqil siyasət yeridir, heç kimin torpaqlarında gözü yoxdu. Azərbaycan Prezidenti düzgün siyasət həyata keçirir, ölkə iqtisadiyyatı inkişaf edir, ölkənin beynəlxalq aləmdə nüfuzu artır və Azərbaycan bütün layihələrə öz imzasını qoyur. Ermənistan isə bütün beynəlxalq layihələrdən kənarda qalıb. Ona görə də Sarkisyan getməli idi”.
Deputat bildirib ki, bu, hələ son deyil, Serj Sarkisyanın faciəsi bundan sonra başlayacaq: “Sarkisyan əlini günahsız azərbaycanlıların qanına batırıb və o, tribunal qarşısında cavab verməlidir”.
Reytinq: