"Mercedes" cərimələnə bilər? - Qadağan olunmuş 5 proqram14-06-2018, 10:20
Çap et Həmin proqramlar mühərrikdən çıxan zərərli qazların təmizlənməsi sisteminin fəaliyyətini dayandırır. Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi bu proqram funksiyaları ilə "Avro-6" normalarına uyğun istehsal edildiyi bəyan olunan 1 milyona qədər dizel mühərrikinə malik avtomobilin təchiz edilməsindən şübhələnir. "Daimler" konserninin mətbuat xidməti Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi ilə şəffaf və geniş əməkdaşlıq etdiklərini açıqlayıb. Bununla belə, "Daimler" konserni araşdırmanın mühərrikdən çıxan zərərli qazların təmizlənməsi sisteminin fəaliyyətini dayandıran proqramlara bağlı olduğunu təkzib edib. "Daimler" rəhbəri Diter Tsetşe iyunun 11-də Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsində avtomobillərdə mühərrikdən çıxan zərərli qazların təmizlənməsi sisteminin fəaliyyətini dayandıran qadağan edilmiş proqramlara bağlı məsələyə aydınlıq gətirməlidir. Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi bundan əvvəl 750 min "Mercedes" markalı avtomobildə belə proqramların quraşdırıldığının ehtimal edildiyini açıqlayıb. Əgər bu təsdiqini taparsa, konserni 3,75 milyard avro cərimə gözləyir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
