Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü keçirilib7-09-2018, 17:14
Çap et “Türkiyə daha Suriyadan qaçqınlar qəbul etməyə qadir deyil". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda iranlı və rusiyalı həmkarları ilə üçtərəfli görüşdə deyib. O, vurğulayıb ki, Suriya ordusunun İdlibdə əməliyyatlar keçirməsi humanitar fəlakətə səbəb ola bilər: "Suriyanın İdlib vilayətindəki vəziyyət risk nöqtəsinə gəlib çatıb. Bu region Türkiyənin təhlükəsizliyi üçün vacibdir". "Suriyanın İdlib əyalətində terrorçular müxtəlif təxribatlar hazırlayır və törədir". Bunu isə Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, ən təhlükəli məqam təxribatlarda kimyəvi silahlardan da istifadə olunmasıdır. V.Putin bildirib ki, hazırda ölkə ərazisinin 95 faizi terrorçulardan təmizlənib, 15 minədək sakin yurd-yuvasına dönüb. Rusiya prezidenti davamlı humanitar tədbirlərlə suriyalıların evlərinə qaytarılmasına tərəfdar olduğunu vurğulayıb: “Suriya probleminə dair daha əvvəl keçirilmiş iki zirvə görüşünün qərarları uğurla həyata keçirilir. Ölkədəki vəziyyətin sabitləşməsi istiqamətində xeyli irəliləyiş var”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
