» » Türkiyə rəsmisi: Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünü qeyd etməklə birlikdə olmağımızın ildönümünü qeyd edirik


Türkiyə rəsmisi: Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünü qeyd etməklə birlikdə olmağımızın ildönümünü qeyd edirik

13-09-2018, 16:34
Çap et
Türkiyə rəsmisi: Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünü qeyd etməklə birlikdə olmağımızın ildönümünü qeyd edirik Bu gün Bakıda Türkiyə və Azərbaycanın ortaq tarixinin birlikdə qeyd edilməsindən çox məmnunam.
Bunu Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun "Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyi" mövzusunda keçirilən simpoziumda bildirib.
Onun sözlərinə görə, türk xalqları böyük çoğrafi ərazilərin sahibidirlər: "Biz ortaq bir coğrafiyanın qardaşlarıyıq. Biz birlikdə olmalıyıq. Əgər biz birlikdə olsaq, onun nəticələri də çox sağlam olar. Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünü qeyd etməklə birlikdə olmağımızın ildönümünü qeyd edirik".
Nazir müavini əlavə edib ki, bizim ən böyük işimiz həqiqətləri gələcək nəsillərə düzgün çatdırmaq olmalıdır: "Keçmişdən dərs çıxarmalıyıq, ondan ibrət götürməliyik. Bu, bizim üçün çox önəmli bir vəzifədir".
Reytinq: