Heqiqet.Az » sosial » Metro bu gündən qış qrafikinə keçdi


Metro bu gündən qış qrafikinə keçdi

17-09-2018, 11:53
Çap et
Metro bu gündən qış qrafikinə keçdi Yay mövsümünün başa çatması və xüsusən yeni tədris ilinin başlanması ilə Bakı Metropolitenində sərnişin axını intensivləşir.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu gündən etibarən metropolitendə qatarların hərəkəti payız-qış qrafikinə keçib.
Qurum rəsmisi qeyd edib ki, yeni qrafikə uyğun olaraq, qatarların hərəkəti sıxlaşdırılaraq, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq:
"Payız-qış mövsümünün qrafikinə uyğun olaraq, iş günləri ərzində sərnişin hərəkətinin daha çox intensivləşdiyi səhər və axşamın gur saatlarında "Həzi Aslanov-28 May" və əksinə olmaqla qatarlar arasında interval 2 dəqiqə təşkil edəcək. Günün qalan vaxtlarında isə qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı axşamın gur saatlarından sonra qatarlar arasındakı fasilə 3 dəqiqə və daha çox olacaq. Bakı metropoliteni xətlərinin xüsusiyyətləri nəzərə alınaraq, xətlərin ayrıldığı "28 May" stansiyasından "Dərnəgül" və "İçərişəhər" istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq".
Qeyd edək ki, bu qrafik iş günlərini əhatə edir. İstirahət, o cümlədən qeyri-iş günlərində Bakı metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur. Yeni qrafik 2019-cu ilin yay aylarına qədər qüvvədə olacaq.
Reytinq: