“Xətai” stansiyası 1 illik bağlanır19-09-2018, 13:42
Çap et "Xətai" stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurətə çevrilib. Bunu nəzərə alaraq, “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, stansiya 2018-ci il sentyabr ayının 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqust ayının 10-da başa çatdırılması nəzərdə tutulub. Sərnişinlərin nəzərinə çatdırılır ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, qeyd edilən müddətdə sonuncu dayanacağı "Xətai" stansiyası və ona yaxın ərazilərdə olan şəhər sərnişindaşıma avtobus marşrutlarının hərəkəti "28 May" stansiyası və digər müvafiq istiqamətlərdə tənzimlənəcək. Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyi ictimaiyyətə əlavə məlumat verəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
