ŞAD XƏBƏR: Bakı metrosunda iki yeni stansiya açıldı19-04-2016, 12:08
Çap et Bu barədə Bakı , “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında tikinti işləri başa çatdırılıb. Artıq bu gündən etibarən stansiyaların sərnişinlərin istifadəsinə veriləcəyi gözlənilir. Qeyd edək ki, “Avtovağzal” stansiyasının tikintisinə 2009-cu ildən başlanmışdı. Stansiyanın 8 giriş-çıxışı nəzərdə tutulub. Burada 20 eskalator və 8 travelator, həmçinin fiziki qüsurlu insanlar üçün lift də quraşdırılıb. “Memar Əcəmi-2” stansiyası 5 mərtəbədən ibarətdir, stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift quraşdırılacaq. Bu stansiyaların açılışı ilə Bakı Metropolitenini stansiyalarının sayı 25-ə çatacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
