Heqiqet.Az » iqtisadiyyat » “Azərbaycan Dəmir Yolları QSC”-də praktik məşğələ keçirilib


“Azərbaycan Dəmir Yolları QSC”-də praktik məşğələ keçirilib

9-10-2018, 10:42
Çap et
“Azərbaycan Dəmir Yolları QSC”-də praktik məşğələ keçirilib Bu günlərdə “Azərbaycan Dəmir Yolları QSC”-də açıq havada illik mülki müdafiə tədbirlər planına müvafiq olaraq, “Fövqəladə hallar zamanı davranış qaydalarının öyrədilməsi” mövzusunda praktiki məşğələ keçirilib. “Yanacaq və sürtkü yağları təminatı müəssisəsinin” təşkilatçılığı ilə keçirilən tədbirdə təminat məntəqələrinin və Bakı yük stansiyasının rəhbər heyəti, eləcə də Mühafizə İdarəsinin nümayəndələri iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən “Yanacaq və sürtkü yağları təminatı müəssisəsi” nin rəisi Anar Əsgərov bildirib ki, məşğələnin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı təhlükəsizlik tədbirlərinin daha operativ şəkildə həyata keçirilməsinin təmin edilməsidir.
Praktik məşğələdə Mülki müdafiənin təşkili, prinsipləri, qanunvericiliyə uyğun həyata keçirilməsi və fövqəladə hallar zamanı xəbərdarlığın, ərazinin mühafizə edilməsi, xilasetmə işlərinin aparılması, bərpa işlərinin təşkil olunması mövzusunda məlumat verilib. Məşğələ iştirakçıları, həmçinin, yanğınların növü, xarakteriskası, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları, yanğın baş vermiş ərazidən insanların təxliyyə edilməsi qaydaları, əməyin mühafizəsi, eləcə də texniki təhlükəsizlik qaydalarına riayət edilməsi barədə məlumatlandırılıb.
Reytinq: