Qurban Qurbanov: Müəyyən səhvləri nəzərə almasaq, komandanın oyunundan razı qaldım5-11-2018, 11:35
Çap et Bu sözləri "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 10-cü turunda "Sumqayit” ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransinda deyib. Təcrübəli mütəxəssis bildirib ki, "Qarabağ” öz oyun üslubunu tam qaydasına salıb: "Oyunda çox gərginlik var idi. Bu qələbədən sonra rahatlaşmaq olmaz. Çempionatda qarşıdakı matçlar daha ağır olacaq. Futbolçuların bugünkü oyunu məni razı saldı. Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm”. Qurban Qurbanov həmçinin UEFA Avropa Liqasının 4-cü turunda Ukraynanın "Vorskla” klubu ilə oyundan da, danışıb: "Biz vicdanla işləməyə, azarkeşlərimizi sevindirməyə çalışırıq. Bəzən alınmır, çatışmazlıqlar olur. Amma həmişə yaxşı nəticə qazanmaq, Qarabağın adını, Azərbaycanımızın adını yüksəkliklərə qaldırmağa çalışırıq. Uduzanda hamıdan çox bizə pis təsir edir. Biz yaxşı oyun və uğurlu nəticə üçün Ukraynaya gedəcəyik. Futbolçuları bu ağır görüşdən yaxşı çıxarmağı düşünürük. Bəzən bunlar zədəyə gətirib çıxardır. Amma əlimizdən gələni edirik və edəcəyik”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
