Vətəndaşları ziyarət adıyla aldatdı və... - Salyanda ŞOK CİNAYƏT6-11-2018, 12:58
Çap et Rayonun Xalac kənd sakini Cəmil Gülağa oğlu Mirzəyev Salyan rayon Polis şöbəsinə müraciət edib. O, təsadüfən tanış olduğu Miramil adlı şəxsin onu və həyat yoldaşını Məşhəd və Kərbəla ziyarətlərinə aparacağı adı ilə ondan 640 manat və ümumvətəndaş pasportunu aldığını, lakin vədinə əməl etmədiyini bildirib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində özünü Miramil kimi təqdim edən şəxsin 1986-cı il təvəllüdlü, Şirvan şəhər. H.Əliyev küçəsi ev 46, mənzil 34 ünvanında yaşayan Amil Əlisəfa oğlu Zeynalov olduğu müəyyənləşib. Aparılmış araşdırma zamanı Cəmil Mirzəyevin Nigar Hacıağa qızı Sadıqova və Sona Budaq qızı Həsənovanı Məşhəd və Kərbəla ziyarətinə aparmaları üçün Amil Zeynalova bu il oktyabrın 8-də rayonun Qarabağlı kəndində 320, oktyabrın 10-da isə Xalac kəndində 320 manat pul verdiyi məlum olub. Lakin Amil Zeynalov həmin şəxsləri aparmadan ziyarətdən qayıdarkən saxlanılıb. A. Zeynalov törətdiyi əməli etiraf edib. Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
