Heqiqet.Az » hadise » Minik avtomobilinin vurduğu piyada “Zil”in altına düşərək ölüb


Minik avtomobilinin vurduğu piyada “Zil”in altına düşərək ölüb

8-11-2018, 12:26
Çap et
Minik avtomobilinin vurduğu piyada “Zil”in altına düşərək ölüb Bakıda yolu keçmək istəyən piyadanı minik və yük avtomobilləri vuraraq öldürüb.
Xəzər rayonu, Buzovna qəsəbəsində 28 yaşlı Orxan Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 50 yaşlı Firdovsi Zeynalovu vurub. Sonra isə piyada eyni istiqamətdə hərəkət edən 48 yaşlı Elçin Ələsgərovun idarə etdiyi “Zil” markalı yük maşınının altına düşüb.
Piyada hadisə yerində ölüb. Hər iki avtomobilin sürücüsü saxlanılıb.
Reytinq: