Heqiqet.Az » hadise » Salyanda faciəvi hadisə: ölən və yaralananlar var


Salyanda faciəvi hadisə: ölən və yaralananlar var

13-11-2018, 12:21
Çap et
Salyanda faciəvi hadisə: ölən və yaralananlar var Salyan rayonunda 1 nəfərin ölümü, daha 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Şörsulu kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində şəxsiyyəti hələlik məlum olmayan bir nəfər hadisə yerində ölüb. Qəza zamanı habelə Astara rayon sakinləri - 1995-ci il təvəllüdlü Mirzəzadə Orxan Zahid oğlu və 1999-cu il təvəllüdlü Əsədullayev Rəhmin Ramiz oğlu xəsarət alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Reytinq: