Heqiqet.Az » hadise » Bakıda qayın yeznəsinə 7 bıçaq zərbəsi vurdu, sonra polisə getdi...


Bakıda qayın yeznəsinə 7 bıçaq zərbəsi vurdu, sonra polisə getdi...

26-11-2018, 12:08
Çap et
Bakıda qayın yeznəsinə 7 bıçaq zərbəsi vurdu, sonra polisə getdi... Bakıda qayın yeznəsini bıçaqlayıb.
Hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Məsimov Elçin Miryəhya oğlu evinin yaxınlığında qayını, 1977-ci il təvəllüdlü Yaqubov Bəhram Rafiq oğlu ilə mübahisə edib.
Mübahisə dava ilə nəticələnib. Hadisə nəticəsində B.Yaqubov E.Məsimova 7 bıçaq zərbəsi vurub.
Yaralı koma vəziyyətində 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
B.Yaqubov könüllü olaraq polisə təslim olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci ( qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
Reytinq: