Nəhayət ki, İngiltərə istəyinə çatdı26-11-2018, 15:38
Çap et Avropa İttifaqı tərkibində qalan dövlətlər Böyük Britaniyanın İttifaqdan çıxmasına dair razılaşma layihələrini (Brexit) təsdiq ediblər. Bunu öz "Twitter" mikrobloqunda Avropa Şurasının rəhbəri Donald Tusk yazıb. “Brexit sazişi təsdiqləndi. Aİ liderləri İngiltərə məsələsində razılığa gəldilər”, - D.Tusk qeyd edib. Aİ üzvü olan 27 ölkənin lideri Böyük Britaniyanın İttifaqdan çıxması məsələsini müzakirə etmək üçün Brüsseldə toplaşıb. İclasda İngiltərənin 17 aydır müzakirə edilən 585 səhifəlik “Brexit” sazişi təsdiqlənib. İclas 40 dəqiqə davam edib. Aİ-nin Brexit üzrə əsas elçisi Mişel Barnye deyib ki, Böyük Britaniya tərəfdaş və dost olaraq qalacaq. Qeyd edək ki, Böyük Britaniyada “Brexit” məsələsinə görə 10-dan çox nazir istefa verib. Onlar Böyük Britaniyanın Aİ-ni tərk etməsinin əleyhinə olub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
