Demo Sayt » dunya » Təhsili barədə yalan məlumat verən qadın 10 il müddətinə həbs edilib


Təhsili barədə yalan məlumat verən qadın 10 il müddətinə həbs edilib

26-11-2018, 15:46
Çap et
Təhsili barədə yalan məlumat verən qadın 10 il müddətinə həbs edilib Yunanıstanın Ali Məhkəməsi qadını öz təhsili barədə yalan məlumat verdiyi üçün 10 il müddətinə həbs edib.
53 yaşlı qadın uşaq bağçasında 15 il işləyib. O sertifikatını saxtalaşdıraraq məktəbdə 5 il əvəzinə, 6 il təhsil aldığını yazıb. Regional məhkəmə qadını ictimaiyyətə yanlış məlumat verdiyinə görə həbs edib.
Qeyd edək ki, məhkəmə işi Yunanıstanda qalmaqal yaradıb. Ali Məhkəmənin prokuroru tezliklə birinci instansiya tərəfindən qərarın verilməsinə dair arqumentləri nəzərdən keçirəcək. Yeni məhkəmə iclası gözlənilir.
Reytinq: