Heqiqet.Az » medeniyyet » "QN Uşaq Kino Məktəbi"ni yaradaraq böyük uğurlara imza atdı


"QN Uşaq Kino Məktəbi"ni yaradaraq böyük uğurlara imza atdı

Dünən, 16:34
Çap et
"QN Uşaq Kino Məktəbi"ni yaradaraq böyük uğurlara imza atdı Mirzəliyev Qalib Müseyib oğlu 1985-ci ildə Gürcüstan SSR-nin Bolnisi rayonunda ziyalı ailəsində dünyaya göz açıb. Valideynləri danışdılar ki, kiçik yaşlarından Bakı şəhərində yaşayıb. Uşaqlıq illərindən rəsmlə maraqlanıb. Hələ 3 yaşı olanda anası Səkinə xanıma "8 Mart" açıqcaları hazırlayıb, sevindiririb. Evdə bütün kitabların içini rəsmlərlə doldurardı. Səkinə xanım oğlunun bu həvəsini görüb biganə qalmadı. Qeyd edək ki, Səkinə Eylaz qızı Mirzəliyeva BDU-nun fiziki və kolloid kimya kafedrasının dosenti, tanınmış ziyalıdır.
Qalibə rəsm albomları, rəngli qələmlər alaraq onu sevindirirdi. 1992-ci ildən Qalib Nizami rayonu 62 saylı orta məktəbə qədəm qoyur. Məktəbdə də rəsmləri müəllimlərin diqqətini çəkir. Ona müxtəlif tapşırıqlar verirlər. Məktəbin divar qəzetlərinə məzmunlu plakat, rəsmlər çəkərdi. Məktəbdə onu "bizim rəssamımız" adlandırırdılar. 1995-ci ildən həm məktəbin xorunda oxuyur həm də rəsm dərnəyinə getməyə başlayır. 1997-ci il may ayının 2-də keçirilən "Dünya uşaqların gözü ilə" 2-ci Respublika Uşaq və Yeniyetmələr arasında keçirilən rəsm müsabiqəsində "Dünyaya Sülh gərəkdir" plakat rəsmi ilə 1-ci yerə layiq görülür. Şəxsən Amerikanın səfirinin xanımı Enna Kozlariçlə görüşür. Rəsm Parisə beynəlxalq yarışa göndərilir. Həmin il dünya uşaqları arasına 15 uşaq "Barbara Peçenİnq" mükafatı alır. Onlardan biri də Qalib Mirzəliyev olur. Hal -hazırda Qalibin rəsmi "Barbara Peçeninq" fondundadır. 1997 -ci il may ayının 12-də Qalibin 1-cl fərdi sərgisi olur, 40-a yaxın natrumort, mənzərə və ən əsası müxtəlif mövzulu rəsmlər sərgidə nümayiş etdirildi.
1999-cu il. Qalib artıq bir sıra yerli və xarici rəsm müsabiqələrində iştirak edir və bir çoxlarında qalib olub diplomlar və mükafatlar alır. Bu uğurlar ona həyatda kim olacağını, hansı peşənin sahibi olacağını rahatlıqla göstərirdi. Lakin Qalib birtərəfdən də məktəbin xorunda da fəaliyyətini davam elətdirirdi. Rəşid Behbudov məktəbi onun oxuma dəsti xəttinə təsir etmişdi. Özünü onun davamçısı bilirdi. Lakin 14-15 yaşında səsində baş verən dəyişikliklər onu oxumaqdan bir qədər uzaqlaşdırdı və o 16 yaşında məktəbin 9-cu sinifini bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinə (Ə.Əzimzadə adına Rəssamlıq Texnikumu) daxil olur. Kolleci oxuduğu illərdə də rəsm müsabiqələrində iştirak edir. Tanınmış, istedadlı, uğur qazanmış Azərbaycan rəssamlarından (müəllimlərindən) rəssamlığın sirlərini öyrənir. Özü üçün bir texnika kəşf edir ki, imtahanda onun bu texnikasını ciddi qəbul etmirlər. Lakin Qalib həvəsdən düşməyib texnikasını bir az da təkmilləşdirir. Hal-hazırda da həmin texnikanı təkmilləşdirməkdə davam edir. 2005- ci il fevral ayında "Yeni Ulduz 3" yarışmasına qatılır. Yerli kanalların birində - ATV də yayımlanan bu musiqi yarışması onun uşaqlıq arzularının gerçəkləşməsi idi. Qalib sevilməyi, tanınmağı, ünsiyyəti çox sevdiyi üçün bu yarışma lap yerinə düşmüşdü. Həyatının həyəcanlı anlarını yaşayırdı. 4 aylıq "ulduz" həyatı onu dəyişdi. Həyata əvvəlkindən də nikbin ruhda baxırdı. İndi o dünyanın ən xoşbəxti idi. Lakin qəfil hərbi çağırış onun müğənnilik arzusuna bir az ara verdi. 2005-2007 - ci illər arası hərbi xidmətdə olub. Hərbi hissədə də onu rəssam kimi tanıdılar. Həmişə ona sadiq olan rəssamlıq sənəti burda da əlindən yapışdı, hərbi hissənin rəssamı oldu. Həyatının ən gözəl səhifələri oldu hərbi xldmət dövrü. 2007- ci ildə hərbi xidməti başa vurub Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin kino ixtisasına daxil olub oranı 2011-ci ildə "kinorejissor" kimi fərqlənmə diplomu ilə bitirir. Tələbəlik illərində müxtəlif layihələrdə çalışır, 9 kurs işi çəkir. Onların arasında klassik üslubla hazırlanmış 2 animasiya filmləri də var. 2012-ci ildə tələbə yoldaşı (xalq artisti Cahangir Novruzovun qohumu) Nərminə Novruzova ailə qurur. Bu izdivacdan 2 övladı dünyaya gəlir, Aminə və Amin. 2009-cu ildən bir sıra qısametrajlı filmlərdə, reklamlarda və başqa lahiyələrdə qrim üzrə rəssam kimi çalışmağa başlayır. Qalibi qrim rəssamı kimi tanıyırlar. 2010 -ci ildən 2014-ci ilə kimi "Xəzər" TV-də yayımlanan "Aramızda qalsın" serialında qrim üzrə rəssam kiml çalışır. Daha sonra "SOY" Prodakşmda "3 Bacı" serialında, daha sonra "Caspi Global" da "Çaqqal nəfəsi", "Aydın" seriallarmda, daha sonra "Lider" TV də yayımlanan "Qisas" serialında qrim üzrə rəssam kimi çalışır. Həyat yoldaşı Nərminə xanım da onunla birlikdə çalışır. Seriallardan başqa Qalib və Nərminə "Nargis" jurnalında, "Azercell"in reklamlarında, "Baku Media Center" in müxtəlif lahiyələrində, "Eurovision 2012", "European Games" də çalışırlar. Bir sıra yerli və xarici rejissorlarla çiyin-çiyinə əməkdaşlıq edirlər. Bu ona gələcəkdə çəkəcəyi filmlər üçün bir təcrübədir. 2015-ci ildə Azərbaycanda ilk və yeganə "Uşaq Kino Məktəbl"nin təməlini qoyur - QN UKM (QN Uşaq Kino Məktəbi). Məktəbi açmaqda məqsəd Azərbaycan kinematoqrafiyasına kinomanlar hazırlamaq və gələcəkdə intellektual səviyyəli yüksək bir dalğa yaratmaqdır. Qalib Mirzəliyev "QN Uşaq Kino Məktəbi" nin yaradıcısı və yeganə varisidir.
Məktəb müxtəlif yerli və xarici kino festivallarda iştlrak edib əksər hallarda mükafatlar alıb. Uşaqlarla çəkilən uşaq filmləri hələ də yenilik olaraq qalır. 2016-cı ildə uşaqlarla çəkdiyi "Bahar" filmi "Ailə Qadın Uşaq Problemləri" festivalında ən yaxşı ssenari mükafatı alır. Daha sonra 2017-ci ildə Respublika üzrə keçirilən "2-ci Buktreyler" festivalında 3-cü yerə layıq görülür. "Tuflinlər" kltabına illustrasiyalar çəkir. 2017 -ci ildə sifarişlə qısametrajlı dini-bədii film çəkir - "Onun Ünvanı". Film "Nizami" Kino Mərkəzində yayımlanır. Sonra "Hilton Baku" ya reklam roliki, daha sonra "Bank of BakıT'ya sosial film çəkir. "Azərbaycan Beynəlxalq Bankı"na sosial çarx çəkir. "Endorfin" kitabına treyler çəkir. Hal-hazırda tammetrajlı uşaq filminin montajını edir. Tezliklə kino-teatrlarda olacaq inşallah. Amma rəsm çəkməyi dayandırmayıb, arzularına doğru getməkdə davam edir. Azərbaycan Retro Fondu üçün də yeni nəfəsdə retro mahnılar oxumaq istəyir. Qalib həyata keçirtmək istədiyi nə qədər layihələr var ki, yaradanıb hökmünü gözləyərək daim axtarışda və hərəkətdədir.
Abaşiyada dünya uşaqları arasmda "Ən yaxşı ssenari müəllifi" mükafatı aldılar. Məktəbin 13 yaşlı şagirdi Şükran Səlimovä "Change your life" filminə görə mükafatlandırılıb. Festivalın adı "Abaşha internetional children and youth film festial" ən yaxşı ssenari nominasiyasının qalibidir. QN "Uşaq Kino Məktəbi" uşaqlara erkən yaşlarından kino vərdişlərini aşılayaraq onları peşəkar kino sahəsinə hazırlayır. Məktəbdə uşaqlar birgə komanda olub filmlər, animasiyalar çəkirlər. Uğurlu alınan işlər ölkədə və ölkədən kənar keçirilən festivallarda iştirak edir. Məktəb,uşaqlara birgə kino çəkməklə komanda olmağı və klnoda olan sehri öyrədlr.
Azərbaycanda "QN Uşaq Kino Məktəbi" ilk və yeganədir. Məktəb uşaqları həmrəyliyə və birgə əməyə çağırır. Uşaqlar filmlərə, cizgi filmlərinə, reklam çarxlarına, kllplərə və s. tamaşaçı kimi baxırlar, lakin məktəb onlara tamaşaçı yox, iştirakçı olma şansını verir və "10" dəqiqəlik filmin hazırlanması prosesi zamanı fllmin uğurlu alınması üçün kadr arxası komandanın həmrəy, bir-birinə sevgi və qayğı ilə yanaşmağın zəruri olmasını öyrədir. Qisametrajlı filmlər, animasiyalar, kino düşərgələrin təşkili, beynəlxalq uşaq kino festivallarında iştirak, uşaqların aktyor qismində yerli və əcnəbi filmlərdə aktyor qismində çəkilmələri önə çəkilir.

"QN Uşaq Kino Məktəbi"ni yaradaraq böyük uğurlara imza atdı"QN Uşaq Kino Məktəbi"ni yaradaraq böyük uğurlara imza atdı"QN Uşaq Kino Məktəbi"ni yaradaraq böyük uğurlara imza atdı"QN Uşaq Kino Məktəbi"ni yaradaraq böyük uğurlara imza atdı
Reytinq: