Heqiqet.Az » hadise » Bakıda naməlum avtomobilin vurduğu təmizlik işləri aparan qadın dünyasını dəyişib


Bakıda naməlum avtomobilin vurduğu təmizlik işləri aparan qadın dünyasını dəyişib

7-12-2018, 11:21
Çap et
Bakıda naməlum avtomobilin vurduğu təmizlik işləri aparan qadın dünyasını dəyişib
3 saylı şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, Muradova Almaxanım Pirağa qızı dekabrın 6-da əməliyyat zamanı dünyasını dəyişib: "Xəstənin vəziyyəti olduqca ağır idi. Xəstə əməliyyata götürüldü və əməliyyat zamanı dünyasını dəyişdi".
Xatırladaq ki, dekabrın 6-da səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında ərazidə təmizlik işləri aparan qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.
***
Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında baş verib.
Ərazidə təmizlik işləri aparan süpürgəçi qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.
Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır və reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Reytinq: