Dünya Bankı Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirir14-12-2018, 11:57
Çap et Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən bildiriblər ki, qurumun rəhbərliyi Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Hassan Naqvinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı qarşılıqlı əməkdaşlıq çərçivəsində görülən işlərə toxunulub, növbəti dövr üçün qarşıda duran məsələlər müzakirə edilib. Palatanın idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ölkəmizin "Doing Business 2018" hesabatında son 1 ildə 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşmasını Prezident İlham Əliyevin rəhbərliyi altında aparılmış kompleks islahatların məntiqli nəticəsi olduğunu vurğulayıb. İbrahim Alışov maliyyə bazarlarındakı sabitliyin nəzarətdə saxlanılması və perspektivdə duran inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün Dünya Bankının Palata ilə olan qarşılıqlı əməkdaşlığını yüksək dərəcədə qiymətləndirdiyini bildirib. O, Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazasının (FSMP2) fəaliyyət müqaviləsi çərçivəsində icra olunmuş və icrası davam edən tədbirlər barədə nümayəndə heyətini məlumatlandırıb. Navid Hassan Naqvi son zamanlar həyata keçirilən tədbirlərin, aparılan islahatların Dünya Bankı tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
