Heqiqet.Az » yazarlar » Vüqar Səfərli: Bu gün sosial media problemləri bütün dünyanı lərzəyə gətirir


Vüqar Səfərli: Bu gün sosial media problemləri bütün dünyanı lərzəyə gətirir

17-12-2018, 12:30
Çap et
Vüqar Səfərli: Bu gün sosial media problemləri bütün dünyanı lərzəyə gətirir Bu gün sosial media problemləri bütün dünyanı lərzəyə gətirir.
Bunu Kütləvi İnformasiya Vasitəsilərinə Dövlət Dəstəyi Şurasının sədri Vüqar Səfərli "Dini qurumlar və sosial media" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, sosial şəbəkənin media kimi qəbul olunmamasının səbəbi bu sahədə məsuliyyətin olmamasıdır.
V.Səfərli bildirib ki, əgər jurnalist mediada hər hansı məlumat yayırsa, buna görə məsuliyyət daşıyır: “Amma sosial şəbəkədə bu, belə deyil. Əlbəttə, ölkəmiz tolerant bir ölkədir. Azərbaycanda keçirilən tədbirlər də bunu sübut edir, hər bir vətəndaş dinindən, irqindən asılı olmayaraq onu Vətəni hesab edir. Lakin bununla yanaşı, xaricdən idarə olunan quvvələr də var”.
O bildirib ki, ilahiyyatçıların bəziləri xaricdə təhsil alıb: “Bu məqam da müəyyən təhlükələr yaradırdı. Bu il Prezidentin sərəncamı ilə İlahiyyat İnstitutu yaradıldı. İnstitut bu sahədə kadrların yetişdirilməsində mühum rol oynayacaq".
V.Səfərli əlavə edib ki, bu sahədə təbliğata böyük ehtiyac var:
"Buna görə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə biz çoxsaylı tədbirlər keçirmişik. Bu il dini maarifləndirmə mövzusunda qəzetlərdə 300 səhifədən çox material dərc edilib. Hesab edirəm ki, sosial şəbəkədə nə qədər cəfəngiyyat yayılsa da, jurnalistlərimiz həm sosial şəbəkə, həm də media vasitəsilə onlara cavab verməlidir".
Reytinq: