Heqiqet.Az » iqtisadiyyat » Azərbaycana telefon idxalı kəskin azalıb


Azərbaycana telefon idxalı kəskin azalıb

18-08-2015, 13:19
Çap et
Azərbaycana telefon idxalı kəskin azalıb 2015-ci il yanvar-iyun ayları ərzində Azərbaycana ümumi dəyəri 735,7 min dollar olan 13 419 mobil telefon və simsiz şəbəkələrdə işləyən başqa telefon aparatları idxal edilib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına əsasən, 2015-ci ilin birinci yarısının yekunlarına görə ölkəyə idxal olunan mobil telefonların sayı ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 67,4 faiz azalıb.
Reytinq: