Demo Sayt » hadise » Samuxda 3 otaqlı evdə yanğınla nəticələnən partlayış olub, yaralanan var


Samuxda 3 otaqlı evdə yanğınla nəticələnən partlayış olub, yaralanan var

1-01-2019, 20:36
Çap et
Samuxda 3 otaqlı evdə yanğınla nəticələnən partlayış olub, yaralanan var Samux rayonunun Qədili kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
Partlayış dalğasının təsirindən evin bir tərəfinin daşıyıcı divarı uçub. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanıq xəsarəti almış 1 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən xəstəxanaya aparılıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Reytinq: