Demo Sayt » hadise » Bakıda 3 otaqlı evdə partlayış baş verib, iki nəfər yaralanıb


Bakıda 3 otaqlı evdə partlayış baş verib, iki nəfər yaralanıb

5-11-2015, 12:10
Çap et
Bakıda 3 otaqlı evdə partlayış baş verib, iki nəfər yaralanıb Bakıda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyi məlumat verir ki, Bakının Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
Nəticədə 3 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb, partlayışın təsirindən evin damı və divarı uçub.
Yanğın zamanı ev sahibi və qızı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə təcili yardım xidməti tərəfindən Yanıq Mərkəzinə aparılıblar.
Reytinq: