Heqiqet.Az » sehiyye » “Körpə ana bətnində ölü idi” - Baş həkimdən açıqlama


“Körpə ana bətnində ölü idi” - Baş həkimdən açıqlama

10-01-2019, 12:15
Çap et
“Körpə ana bətnində ölü idi” - Baş həkimdən açıqlama "Döl böyük çəkili olduğundan doğuş baş verməyib"
Bərdə Mərkəzi Rayon Xəstəxanası doğuş zaman körpə ölümü ilə bağlı açıqlama verib.
Xəstəxananın doğum şöbəsinin baş həkimiTünzalə Quliyeva AzNews.az-a açıqlamasında Aysel Məhərrəmlinin xəstəxanaya daxil olan zaman uşağının ölü olduğunu deyib:
"Ana ilk öncə Tərtər Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə gətirlib. Orada bir gün qalıb. Döl böyük çəkili olduğundan doğuş baş verməyib. Odur ki, xəstə oradan Bərdə Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Bizim xəstəxanaya daxil olanda uşaqlıqda çırılma vardı, uşaq da ana bətnində ölü idi. Biz onu təcili olaraq əməliyyata götürdük. Ölü uşağı qadının bətnindən çıxardıq, ananı həyatını xilas etdik. Uşaq 4 kiloqram 700 qram olub”.
Qeyd edək ki, Bərdə Mərkəzi Rayon Xəstəxanasında daha bir körpə ölümü baş verib. Tərtər rayon sakini Aysel Elçin qızı Məhərrəmlinin qeysəriyyə əməliyyatı zamanı bətnindən körpə ölmüş vəziyyətdə çıxarılıb.
Reytinq: