Heqiqet.Az » idman » UEFA Mülleri cəzalandırdı: "Liverpul"la oyunları buraxacaq


UEFA Mülleri cəzalandırdı: "Liverpul"la oyunları buraxacaq

11-01-2019, 15:42
Çap et
UEFA Mülleri cəzalandırdı: "Liverpul"la oyunları buraxacaq Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Ayaks"la səfər qarşılaşmasında (3:3) qırmızı vərəqə alan "Bayern"in futbolçusu Tomas Müllerin cəzası açıqlanıb.
UEFA alman futbolçuya iki oyunluq cəza verib. Bu səbəbdən də Müller 1/8 final mərhələsində komandasının "Liverpul"a qarşı keçirəcəyi oyunları buraxmalı olacaq.
Qeyd edək ki, "Bayern" "Liverpul"la ilk oyunu fevralın 19-u səfərdə keçirəcək. Cütün cavab görüşü martın 13-də reallaşacaq. Hər iki oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Reytinq: