"Yuventus" səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub17-01-2019, 11:38
Çap et Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki "King Abdulla City" stadionunda təşkil olunan görüşdə son İtaliya çempionu "Yuventus” və ölkə kubokunun finalçısı "Milan” üz-üzə gəlib. Görüş turinlilərin minimal hesablı qələbəsi ilə başa çatıb (1:0). Oyunda yeganə qolun müəllifi 61-ci dəqiqədə Kriştino Ronaldo olub. Qarşılaşmanın 74-cü dəqiqəsində "Milan"ın futbolçusu Frank Kessiye qırmızı vərəqə alaraq meydandan qovulub. Bu qərarı matçın baş hakimi Luka Banti VAR sisteminə müraciət edəndən sonra verib. Beləliklə, "qoca sinyora" qalib gələrək tarixində 8 dəfə İtaliya Super kubokunun qalibi adını qazanıb. Bu komandalar ümumilikdə 174 dəfə qarşılaşıblar. Onların 65-də "Yuventus”, 49-da isə "Milan” komandası qalib gəlib. Komandalar İtaliya Super kuboku turnirində 2 dəfə qarşılaşıblar. Onların birindən "Milan” (2003-cü il), digərində isə turinlilər (2016-cı il) qalib ayrılıb. "Yuventus" səkkizinci dəfə İtaliya Super kubokunun finalında oynayır. İtaliya Super kuboku 1988-ci ildən təşkil olunur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
