Norveç dənizinin şelfində yeni qaz ehtiyatları aşkar edilib17-01-2019, 11:41
Çap et Bu yataqda qazma işləri hələ ötən ilin oktyabrında başlayıb. Yeni yataqda tapılmış qaz və kondensatın ehtimal olunan həcmi neft ekvivalenti ilə 6-25 milyon barrel civarındadır. Verilən məlumata görə, Norveç şelfindəki yeni yatağın "Kristin” platformasında "Equinor” şirkətinə məxsus infrastrukturun yaxınlığında yerləşməsi onun işlənilməsini asanlaşdırır. Yataq Norveçin ”Equinor”, habelə "ExxonMobil”, "Total” və "Petoro” şirkətlərinin daxil olduğu qrup tərəfindən işlənəcək. Qeyd edək ki, 2018-ci ilin yayında Barents dənizində həyata keçirilən geniş qazma proqramı Norveçdə neft ehtiyatlarının kəşfi ilə nəticələnməyib. Lakin yeni faydalı qazıntı ehtiyatlarının axtarışı üzrə işlər davam etdirilib. Norveçin ekologiya təşkilatları buz örtüyü göstəricilərinin çox aşağı olması və atmosferdə karbon qazının səviyyəsinin kəskin artması fonunda ölkənin Arktikada neft hasilatını genişləndirmək təşəbbüslərinə tənqidi yanaşırlar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
