Heqiqet.Az » hadise » Aeroport yolunda qəza tıxaca səbəb oldu


Aeroport yolunda qəza tıxaca səbəb oldu

7-02-2019, 10:56
Çap et
Aeroport yolunda qəza tıxaca səbəb oldu Bakıda səhər saatlarında aeroport yolunda yol-nəqliyyat hadisəsi baş verib.
İki "Mercedes" və bir "Volkswagen" markalı avtomobillərin iştirakı ilə zəncirvari qəza qeydə alınıb.
Hadisədə xəsarət alanlar olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.
Qəza yerinə Yol Patrul xidmətinin və Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunublar.
Qeyd edək ki, qəza yolda qısamüddətli tıxaca səbəb olub.
Reytinq: