Heqiqet.Az » hadise » Bakıda xarici vətəndaşa qarşı dələduzluq edən qadının məhkəməsi başlayıb


Bakıda xarici vətəndaşa qarşı dələduzluq edən qadının məhkəməsi başlayıb

8-02-2019, 12:01
Çap et
Bakıda xarici vətəndaşa qarşı dələduzluq edən qadının məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sevinc Mirzəyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası fevralın 13-nə təyin edilib.
Qeyd edək ki, ötən il iyunun 7-də Bakının Nəsimi rayonunda polis bölməsinə müraciət edən xarici vətəndaş Asfari Alirezani bildirib ki, 2017-ci ilin fevral ayından 2018-ci ilin mart ayınadək olan müddətdə Sevinc adlı şəxs paytaxt ərazisində onun alması üçün ev tapacağına vəd verib, bu yolla aldadaraq ondan 77000 manat alıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini S.Mirzəyeva müəyyən edilib.
Araşdırma zamanı məlum olub ki, həmin qadın bir neçə şəxsə qarşı da dələduzluq əməli törədib.
Cinayət işində ümumilikdə 14 zərərçəkmiş var.
Reytinq: