Kəndlisini bıçaqlayıb öldürən şəxsin məhkəməsi başladı21-12-2015, 12:35
Çap et Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini öldürməkdə Müseyib Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Azər Orucovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası dekabrın 29-a təyin edilib. Qeyd edək ki, hadisə bu ilin iyulun aynın 10-da Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş Müseyib Həsənov münaqişə zəminində həmyerlisi Şamil Kərimova bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib. Nəticədə Ş.Kərimov hadisə yerində ölüb. Sabunçu rayonu 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Həsənov tutulub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
