» » PKK partlayış törətdi


PKK partlayış törətdi

24-08-2015, 20:23
Çap et
PKK partlayış törətdi Türkiyənin cənub-şərqində, Hakkari vilayəti ərazisində PKK terrorçularının törətdiyi partlayış nəticəsində 2 əsgər şəhid olub.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Hakkarinin Şəmdinli rayonunun Təkəli kəndi yaxınlığında baş verib. Hərbi avtomobil yoldan keçərkən yolun kənarına basdırılmış bomba terrorçular tərəfindən partladılıb. Nəticədə 2 əsgər həlak olub, 3-ü yaralanıb. Yararlılar xəstəxanaya çatdırılıb. Terrorçulara qarşı əməliyyat başlayıb.
Reytinq: